CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı məktəblərini nə qədər şagird bitirir?

© Photo : REPORTЭкзамен во время пандемии
Экзамен во время пандемии  - Sputnik Azərbaycan
Abunə olmaq
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 440426 şagird təhsil alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27786 müəllim fəaliyyət göstərir.

BAKI, 10 iyun — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin buraxılış siniflərini 50947 şagird bitirir. Bu barədə Sputnik Azərbaycan-a İdarədən məlumat verilib. Qeyd edilib ki, 2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30888, XI siniflərini 19612, XII siniflərini 124, xüsusi məktəblərin buraxılış siniflərini isə 323 nəfər bitirir. Paytaxtda 45573 nəfər I sinfi başa vurur.

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 440426 şagird təhsil alıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27786 müəllim fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində paytaxt üzrə 268 ümumi təhsil məktəbində fəaliyyət göstərən 983 məktəbəhazırlıq qrupuna 25 832 uşaq cəlb olunub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların ümumilikdə beşyaşlıların 90 faizini əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Xəbər lenti
0