Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir növ adətkərdə olub - Ayı bu dəfə Şəkinin kəndinə qonaq gəlib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidAyı, arxiv şəkli
Ayı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 31-də saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

BAKI, 10 iyun - Sputnik. Şəkinin kəndində peyda olan ayı yerli sakinlərin qorxuya düşməsinə səbəb olub.

"Report"un məlumatına görə, yırtıcı axşam saatlarında rayonun Baş Layısqı kəndində görünüb.

Kənd sakinlərindən biri, avtomobillə hərəkətdə olarkən təqribən 3-4 yaşlı qonur ayını müşahidə edib. Sürücü hərəkətdə olan avtomobilin qarşısı ilə kənd istiqamətində qaçan ayının videogörüntülərini mobil telefonunun yaddaşına köçürüb.

Onun sözlərinə görə, ayı təqribən 150-200 metr qaçdıqdan sonra gözdən itib.

Sakinlər bildiriblər ki, son günlər bu ərazidə bir neçə ayı görünüb.

Qeyd edək ki, mayın 31-də saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

Xəbər lenti
0