Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əhaliyə xəbərdarlıq: dərmanları indidən alın

© Sputnik / Aleksandr KondratyukAptek
Aptek - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu məsələnin hər-hansı tibbi yolu yoxdur, xəstəlik nəzarət altında saxlanmazsa, sürətlə yayılar və tibb müəssisələri bunu nəzarətdə saxlamaq üçün yetməz" - Ramin Bayramlı

BAKI, 9 iyun — Sputnik. “Xroniki xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar üçün dərmanlar apteklərdən indidən alına bilər”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, hər hansı vacib hal olarsa, təcili tibbi yardım xidməti bu sahədə xidmət göstərəcək.

TƏBİB sədri qeyd edib ki, sağalanlarla müqayisədə yoluxanların sayı narahatedicidir. R. Bayramlının fikrincə, son 10 gündə aparılan müşahidə göstərir ki, yoluxanlarla sağalanlar arasında dinamika arzuolunan deyil:

“Yoluxanların sayına paralel ağır halların, ölümlərin sayı da artıb. 18-25 mayda 848 yoluxma, 592 sağalan, 10 nəfər vəfat edən olub. 25-31 mayda 1372 yoluxma, 821 nəfər sağalan, 14 nəfər vəfat edən olub. 1 -7 iyunda 2059 nəfər yoluxub, 721 nəfər sağalıb, 25 nəfər vəfat edib”.

O, həmçinin deyib ki, koronavirus nə qədər çox insandan-insana yoluxursa, mutasiya etmək imkanı qazanır: "İnsanların immun sistemi fərqlidir. Virusun da buna müvafiq olaraq antigenlərində dəyişiklik ola və müalicəyə tabe olmayan hallar arta bilər. Xarici mütəxəssislərlə də müzakirələr nəticəsində ümumi müalicəyə tabe olmayan halların bununla bağlı olunması qənaətinə də gəlinib.

R.Bayramlı deyib ki, bəzi günlərdə testlərdə müsbət nəticə 9 faizə qədər də yüksəlib: “İlkin dövrlərlə müqayisədə, bu göstərici 0,7 faizdən 9 faizə çatıb. Bu, yoluxmanın səviyyəsinin kifayət qədər yüksək olmasının nəticəsidir. Biz bir çox ölkələrdə yoluxmanın yüksək səviyyəsinin acı nəticələrini gördük. Bu məsələnin hər-hansı tibbi yolu yoxdur, xəstəlik nəzarət altında saxlanmazsa, sürətlə yayılar və tibb müəssisələri bunu nəzarətdə saxlamaq üçün yetməz”.

Xəbər lenti
0