Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda modul tipli üç yeni xəstəxana açıldı - FOTO

© Official website of President of Azerbaijan Republic NAMПри участии Президента Азербайджана Ильхама Алиева и Первой леди Мехрибан Алиевой состоялось открытие госпиталя модульного типа
При участии Президента Азербайджана Ильхама Алиева и Первой леди Мехрибан Алиевой состоялось открытие госпиталя модульного типа - Sputnik Azərbaycan
Abunə olmaq
Üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərində 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub

BAKI, 9 iyun — Sputnik. İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır.

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalın açılışında
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalın açılışında - Sputnik Azərbaycan
1/6
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalın açılışında

2/6

3/6
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalın açılışında
© Official website of President of Azerbaijan RepublicГоспиталь модульного типа
Modul tipli hospital - Sputnik Azərbaycan
4/6
Госпиталь модульного типа
© Official website of President of Azerbaijan RepublicБольница модульного типа
Modul tipli xəstəxana - Sputnik Azərbaycan
5/6
Больница модульного типа
© Official website of President of Azerbaijan RepublicГоспиталь модульного типа
Modul tipli hospital - Sputnik Azərbaycan
6/6
Госпиталь модульного типа
1/6
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalın açılışında
2/6
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalın açılışında
3/6
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalın açılışında
4/6
Госпиталь модульного типа
5/6
Больница модульного типа
6/6
Госпиталь модульного типа

Prezident İlham Əliyevə məlumat verildi ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Bilgəh birləşmiş şəhər xəstəxanasına, digər ikisi isə Sumqayıt şəhərində 1 saylı şəhər xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşdülər.

Bundan sonra videobağlantı vasitəsilə 1 saylı Sumqayıt şəhər xəstəxanasına və Abşeron rayonundakı Saray qəsəbə xəstəxanasına təhkim edilən modul tipli xəstəxanaların açılışı oldu.

Qeyd edək ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Xəbər lenti
0