Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST-dən koronavirusun yayılması barədə ümidverici bəyanat gəldi

© AP Photo / Francisco SecoЧеловек скончавшийся от COVİD-19, фото из архива
Человек скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumat təsdiqlənsə, bu, səhiyyə və hökumət rəsmilərinin pandemiyanın qarşısının alınmasına necə yanaşdıqlarına ciddi təsir göstərə bilər.

BAKI, 9 iyun — Sputnik. Yeni tip koronavirusun simptomları olmayan insanlar tərəfindən ötürülməsi "çox nadir" hallarda baş verir. Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Cenevrədə keçirilmiş brifinqdə ÜST-ün yeni xəstəliklər və zoonoz infeksiyalar şöbəsinin rəhbəri Mariya Van Kerkhove bildirib: "Asimptomatik insanın (virusu - red.) faktiki olaraq ikinci adama ötürməsi nadir hal kimi görünür".

O, belə bir nəticənin təmasların izlənməsi haqqında müxtəlif ölkələrdən alınmış ətraflı hesabatlara əsaslandığını deyib.

Xəstəliyin yayılmasında asimptomatik və presimptomatik halların rolunu təsdiq etmək üçün əlavə tədqiqatlar lazımdır. Lakin məlumat təsdiqlənsə, bu, səhiyyə və hökumət rəsmilərinin pandemiyanın qarşısının alınmasına necə yanaşdıqlarına ciddi təsir göstərə bilər.

Bu məlumat həmçinin səhiyyə rəsmiləri və tədqiqatçılar arasında xəstəliyin əlamətləri olmayan insanlar tərəfindən də yayıldığına dair səsləndirilən fikirləri təkzib edəcək. Qeyd edək ki, virusun necə yayıldığı ilə bağlı qeyri-müəyyənlik ölkələrin zərər çəkmiş iqtisadiyyatlarını bərpa etmək səylərinə mane olur. Əvvəlki tədqiqatlar virusun asimptomatik ötürülməsi səbəbindən onun qarşısını almağın çətin olacağına dair narahatlığına səbəb olub.

Xəbər lenti
0