BAKI, 9 iyun — Sputnik. “Bakı şəhərində əvvəllər yoluxma 43-46 % arası olurdusa, artıq 50% üzərində yoluxmanın şahidi olmaqdayıq”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində 12,5 %, Abşeron rayonunda 11,6 %, aran rayonlarında 9,3 %, Lənkəran rayonunda 7,3 % yoluxma qeydə alınıb.
Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi qərarla 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.