BAKI, 9 iyun - Sputnik. Karantin zamanı yığılmış əlavə kiloqramları, mütəxəssislərin sadə məsləhətlərindən istifadə etməklə ata bilərsiz. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunun üçün “Roskaçestvo”nun tövsiyələrinə riayət etmək lazımdır.
Birincisi, əgər insan idmanla məşğul olursa, onda o, sutka ərzində tələb etdiyi kalori normasını orta hesabla 15-30%-ni azaltmalıdır. Əgər fiziki yüklənmə yoxdursa, onda gündəlik rasionun kalorililiyi 200-300 kilokalori azaldılmalıdır.
İkincisi, çəkini atmağa düzgün qida rejimi də kömək edir. Bunun üçün qida qəbulu arasında interval 3,5-4 saata yaxın olmalıdır. Bu zaman da "bir boşqab"dan (məsələn, yarım boşqab tərəvəz, boşqabın dörddə biri qədər yağsız zülal və yavaş karbohidratlar) artıq yemək lazım deyil.
Mütəxəssislər həmçinin məsləhət görüblər ki, sürətli karbohidratların qəbulunu dayandırmaq, kifayət qədər su içmək, gündə ən azı 10 min addım yerimək (hətta mənzildə) və vaxtında, gecə yarısı olana qədər yatmaq vacibdir.