CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı gənclər bu sözü hər kəsə öyrədəcəklər: "Karabakh is Azerbaijan!"

© AFP 2023 / ATTILA KISBENEDEKФлаг Азербайджана, фото из архива
Флаг Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Könüllü gənclər vurğulayıblar ki, dünyada informasiya müharibəsi getdiyi bir vaxtda hər birimiz bir əsgərik, hər birimiz Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq

BAKI, 9 iyun — Sputnik. Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə yaradılan "Qarabağ Azərbaycandır!" (Karabakh İs Azerbaijan!) adlı YouTube kanalının video təqdimatı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu münasibətlə təşkil edilən virtual tədbirdə Bakıda və müxtəlif regionlarda yaşayan 50 nəfərədək diaspor könüllüsü, Dövlət Komitəsinin şöbə müdiri Aqil Əsədov və digər əməkdaşı, "Azərbaycan Diaspor Könüllüləri" proqramının koordinatoru Bəxtiyar Rəhimov iştirak ediblər.

A.Əsədov tədbiri giriş sözü ilə açaraq gəncləri salamlayıb, onların təşəbbüsü ilə yaradılan "Karabakh İs Azerbaijan!" adlı YouTube kanalının əhəmiyyətini qeyd edib və görüləcək işlərdən danışıb.

Daha sonra B.Rəhimov gəncləri salamlayaraq, ali məktəblərdə imtahan sessiyası müddətində vaxt ayırıb onlayn konfransa qoşulduqlarına görə təşəkkür edib. Pandemiya dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri qeyd edib və gəncləri karantin dövrünün qaydalarına ciddi əməl etməyə çağırıb.

Təqdim edilən YouTube kanalı haqqında danışan B.Rəhimov təşəbbüsün alqışlandığını bildirib və Komitə rəhbərliyi tərəfindən də dəstəkləndiyini minnətdarlıqla qeyd edib.

Könüllü gənclər vurğulayıblar ki, dünyada informasiya müharibəsi getdiyi bir vaxtda hər birimiz bir əsgərik, hər birimiz Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Belə bir təşəbbüsə dəstək olduğu üçün Dövlət Komitəsinə, onun rəhbərliyinə təşəkkürlərini ifadə edən gənclər "Qarabağ Azərbaycandır!" sözlərinin bütün dünyaya qəbul etdirilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini bildiriblər. Sonda təqdimat iştirakçıları aşağıdakı bəyanatı qəbul ediblər:

"Biz – Azərbaycan Diaspor Könüllüləri möhtərəm cənab Ali Baş Komandanın Avropanın mərkəzində işğalçı ölkənin baş nazirinə keçdiyi tarixi dərsdən ruhlanaraq "Qarabağ Azərbaycandır!" adlı YouTube kanalı yaradırıq. Kanalda Qarabağ həqiqətləri - tarixi, təbiəti, adət-ənənələri, mətbəxi, əhalisi, mədəniyyəti, musiqisi, şəxsiyyətləri və s. haqqında Azərbaycan, ingilis və rus dillərində videolar hazırlayaraq paylaşacağıq.

Kanalın məqsədi "Qarabağ Azərbaycandır!" ifadəsinin bütün dünyaya qəbul etdirilməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı, azərbaycansevər gəncləri Azərbaycan həqiqətlərinin təbliği istiqamətində daha da səfərbər etməkdir. Bir daha bəyan edirik ki, "Qarabağ Azərbaycandır!" sözlərinin bütün dünyaya qəbul etdirilməsi üçün, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərlə birlikdə, əlimizdən gələni edəcəyik".

Xəbər lenti
0