BAKI, 9 iyun — Sputnik. “Hökumət tərəfindən belə qərar verilib ki, gələn həftənin 5-ci günü iş günü müəyyən edilsin”.
Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, 6-cı gün də buna əlavə olunacaq: “Bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılsın. Ancaq növbəti həftə tətbiq olunacaq bu cür qaydalarda bazar günü təması minumuma endirmək üçün bir sıra məhdudiyyətlər tətbiq edilə bilər. Gələn həftənin qaydaları ilə bağlı əlavə məlumatlar veriləcək".
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə Bakıdan rayonlara gediş-gəliş məsələsinə münasibət bildirib: “Bakı ilə digər rayonlar arasında gediş-gəliş məsələsi gündəlikdə deyil, hazırda belə bir qərar yoxdur".