CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda gənc fəal etirazla intiharı bir-birinə qatdı, polis apardı

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək

BAKI, 9 iyun — Sputnik. Gənc fəal Qiyas İbrahimov Bakıda, yaşadığı evin yaxınlığında binanın damına çıxaraq səsgücləndirici ilə etiraz aksiyası keçirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə yerinə gələn polislər onu damdan düşürüb yaxınlıqdakı polis bölməsinə aparıblar.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev hadisə ilə bağlı bildirib ki, paytaxt sakini Qiyas İbrahimov iyunun 9-da, saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək məqsədilə qanunsuz çağırışlar edib: "Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib.

Hazırda Q.İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək".

Xəbər lenti
0