Neymarın anasının gənc sevgilisinə xəstəxanada on iki tikiş qoyulub

© AP Photo / Michel SpinglerНападающий французского ПСЖ Неймар, фото из архива
Нападающий французского ПСЖ Неймар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qonşular  PSJ-nin hücumçusu Neymarın anası Nadin Qonsalves və onun gənc sevgilisi Tyaqo Ramosdan polisə şikayət ediblər

BAKI, 8 iyun — Sputnik. Braziliya millisinin və PSJ-nin hücumçusu Neymarın anası Nadin Qonsalvesin sevgilisi, 23 yaşlı braziliyalı kiberidmançı Tyaqo Ramos əlində kəsiklərin olması səbəbindən xəstəxanaya gedib. Bu barədə Correio24horas məlumat verib.

Mənbənin məlumatına görə, hadisə iyunun 2-də Nadinin mənzilində baş verib. Cütlük iddia edir ki,  Ramos təsadüfən baş vermiş qəza nəticəsində zərər çəkib. Onun əlinə 12 tikiş qoyulub.

Eyni zamanda, qonşular mənzildə qadın qışqırıqları eşitdiklərini bildiriblər. Ramos və Qonsalves polis bölməsinə gedərək baş verən hadisə ilə bağlı izahat veriblər.

Qonsalveslə Ramos arasındakı sevgi romanı aprelin 12-də üzə çıxıb. Həmin vaxt futbolçunun anası sevgilisi ilə birgə şəklini yayımlamış və Neymar paylaşımı şərh edərək anasına xoşbəxtlik arzulamışdı.

Daha sonra Nadin və Ramos ayrılıblar, lakin qadın sevgilisinə ikinci şans vermək qərarına gəlib. Nadin və Ramosun yenidən bir-birinə qovuşduğu mayın 28-də məlum olub.

Ramos yarı-professional səviyyədə Free Fire şuterində (shooter- kompüter oyunu) oynayır və həmçinin model işləyir. Neymar isə 2017-ci ildən PSJ futbol klubunun şərəfini qoruyur. O, dünyanın və Fransa çempionatının ən yüksək maaşlı oyunçularından biridir. Bundan əvvəl "Barselona"da çıxış edib. Ramos həm də Neymarın yaxın dostudur.

Xəbər lenti
0