CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Zibil yağışına" nazirlikdən cavab

© AR Ministry of Internal AffairsСотрудники полиции, фото из архива
Сотрудники полиции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirəcəksiniz"

BAKI, 8 iyun — Sputnik. Daxili İşlər Nazirliyi vətəndaşlara təşəkkür edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, nazirliyin məlumatında deyilir:

"Əziz vətəndaşlar! Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ötən həftənin şənbə və bazar günlərində sizə yaşayış yerini və olduğu yeri tərk etmək qadağan edilmişdir. Sizin sağlamlığınız naminə atılan bu addımları anlayışla qarşıladığınıza görə, xüsusi karantin rejiminin tələblərinə riayət etdiyinizə görə sizə daxili işlər orqanlarının bütün şəxsi heyəti adından təşəkkürümüzü bildiririk!

Siz səbr və təmkinlə iki gün evdə qalmaqla həm özünüzün, həm də yaxınlarınızın sağlamlığını qorumuş oldunuz. İnanırıq ki, gələcəkdə də belə qərar verilərsə, siz yenə də eyni səbr və təmkin nümayiş etdirərəcəksiniz.

Bir daha təşəkkür edirik!"

Qeyd edək ki, iyunun 7-də Bakıda vətəndaşlardan biri sərt karantin rejimini pozaraq evdən zibil atmağa çıxıb və polisin qanuni tələbinə riayət etməyib. Polis əməkdaşları onu bölməyə apararkən binada yaşayan bəzi digər şəxslər onların başına zibil yağdırmağa başlayıblar. 

Xəbər lenti
0