BAKI, 8 iyun — Sputnik. Almaniya Xarici İşlər naziri Hayko Maas Çini gələcək fövqəldövlət adlandırıb və Pekinlə dialoqu yalnız iqtisadi və ticarət məsələləri ilə məhdudlaşdırmamağa çağırıb.
Sputnik Azərbaycan "Arqumenti.ru" saytına istinadən xəbər verir ki, nazir Çinin hazırda Almaniyanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirib.
Maas Çinin COVID-19-un mənşəyini gizlətməklə bağlı ittiham olunmasına da toxunub. Onun sözlərinə görə, bir çox ölkələr koronavirusun yayılmasının ilk həftələrində səhvlərə yol verib. Bununla yanaşı, onun sözlərinə görə, bu məsələdə tam şəffaflıq lazımdır ki, koronavirus infeksiyasının dəqiq mənşəyini təyin etmək mümkün olsun.
Çinin koronavirusun mənşəyinə dair məlumatları gizlətməsi ilə bağlı ittihamları həm ABŞ Prezidenti Donald Tramp, həm də Dövlət katibi Mayk Pompeo səsləndirib.