Nikol Paşinyandan sosial şəbəkədə acı etiraf

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidПремьер-министр Армении, фото из архива
Премьер-министр Армении, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın Baş naziri Nikol Paşinyan: “Hazırda ölkədə 100 mindən çox koronavirus daşıyıcısı mövcuddur”.

BAKI, 7 iyun - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə koronavirus daşıyıcılarının sayı barədə danışıb.

APA bildirir ki, o, bu barədə Facebook səhifəsində yazıb: "Elmi tədqiqatlara görə, hazırda Ermənistanda 100 mindən çox infeksiya daşıyıcısı var".

Qeyd edək ki, N. Paşinyan və ailəsi də COVID-19-a yoluxub və Ermənistanda koronavirusa yoluxanların sayı 13130 nəfərə çatıb.

Son sutkada 766 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb.

İndiyə kimi Ermənistanda 200 nəfər virus səbəbi ilə həyatını itirib.

Xəbər lenti
0