BAKI, 7 iyun - Sputnik. Gürcüstanlı mütəxəssislər ötən gün cəmi bir yeni koronavirusa yoluxma hadisəsini aşkar ediblər. Beləliklə, StopCov-un yenilənmiş məlumatlarına görə, ölkədə yoluxanların sayı 809 nəfərə çatıb.
Ötən həftənin sonunda Gürcüstanda yoluxmuş şəxslərin sayının sutka ərzində onlarla artdığı müşahidə edilib. Ekspertlər bunun ölkədə sərt məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı ola biləcəyini düşünüblər.
Bu vaxtadək Gürcüstanda koronavirusdan 674 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.
Hazırda karantində 3 161 nəfər var. Xəstəxanalarda isə 285 nəfər müalicə olunur. Gürcüstanın üç vətəndaşı müalicə üçün başqa ölkələrdən gətirilib.
Gürcüstanda koronavirusa ilk yoluxma hadisəsi fevralın 26-da qeydə alınıb. Artıq martın sonlarında başlayaraq ölkənin hakimiyyəti infeksiyanın yayılması təhlükəsi üzündən fövqəladə vəziyyət rejimi tətbiq edib. Bu rejim mayın 23-dək qüvvədə olub. İndi ölkədə mərhələli şəkildə bütün məhdudiyyətlər aradan qaldırılır.