Dünyada koronavirusa yoluxanların sayı 7 milyonu ötüb

© AFP 2023 / Michael DantasПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии в Манаусе, Бразилия, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии в Манаусе, Бразилия, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

BAKI, 7 iyun - Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 7 milyonu keçib.

Bu barədə Sputnik Azərbaycan worldometers.info saytına istinadən xəbər verir.

Hazırda dünyada COVID-19-a 7 016 087 yoluxma qeydə alınıb. Ümumilikdə virusdan 402 794 ölüm təsdiqlənib. Koronavirusa yoluxmuş 3 432 368 insan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0