Britaniya aviaşirkətləri karantinə görə hökuməti məhkəməyə verməyə hazırlaşırlar

© AP Photo / Jack PlunkettПассажирский самолет Boeing B787 Dreamliner авиакомпании British Airways, фото из архива
Пассажирский самолет Boeing B787 Dreamliner авиакомпании British Airways, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aviaşirkətlər karantini xəstələnmə səviyyəsi Böyük Britaniyadan aşağı olan Avropa İttifaqı ölkələrindən gələnlərə şamil etməyi "məntiqsiz və səmərəsiz" addım kimi qiymətləndiriblər.

BAKI, 7 iyun – Sputnik. Britaniyanın British Airways EasyJet və Ryanair aviaşirkətləri hökuməti Birləşmiş Krallığa daxil olan bütün şəxslər üçün məcburi 14 günlük karantin qərarını yenidən nəzərdən keçirməyə çağırıb. Şirkətlərin qənaətinə görə, çünki bu, hava əlaqəsinin bərpasından sonra aviasiya sənayesinə mənfi təsir göstərəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, müvafiq məktub aviadaşıyıcılar tərəfindən Britaniya hökumətinin ünvanına göndərilib.

Aviaşirkətlərin fikrincə, ölkəyə gələn bütün şəxslər üçün 14 günlük karantinin müəyyən edilməsi "əsassız və qeyri-mütənasibdir". Yeni qaydalar bazar ertəsindən qüvvəyə minəcək, onların pozulmasına görə 1 min funt sterlinq məbləğində cərimə nəzərdə tutulub.

"Bu, o deməkdir ki, ölkəyə gələn və ölkədən gedən insanların sayının həddindən çox azalacağı qaçılmaz olacaq", - məktubda deyilir.

Aviaşirkətlər həmçinin vurğulayıblar ki, karantini xəstələnmə səviyyəsi Böyük Britaniyadan aşağı olan Avropa İttifaqı ölkələrindən gələnlərə şamil etmək "məntiqsiz və səmərəsiz"dir.

Daha əvvəl IAG-in (British Airways-in səhmdarı) rəhbəri Uilli Uolş ölkəyə gələn xarici turistlər üçün iki həftəlik karantin tətbiq etmək barədə qərar qəbul etmiş Böyük Britaniya hökumətini məhkəməyə vermək imkanını nəzərdən keçirdiyini bildirib.

Onun fikrincə, Böyük Britaniyaya səfərdən sonra məcburi təcrid olunma tələbi aviaşirkətlərin iyulda reyslərin həyata keçirilməsini bərpa etmək planlarına mənfi təsir göstərəcək.

Martın sonunda aviauçuşları dayandırmış Britaniya aviaşirkətləri əvvəllər bəyan ediblər ki, iyulda hava əlaqəsinin qismən bərpa olunması planlaşdırılır.

Xəbər lenti
0