CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar "101"ə çata bilmədilər, "102" onların dalınca gəldi

© Depositphotos.com / doble.dphotoИгра в домино в кругу семьи
Игра в домино в кругу семьи - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxslər saxlanılaraq bölməyə gətirilib. Onlardan ikisi məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.

BAKI, 7 iyun - Sputnik. Azərbaycanın iri rayon və şəhərlərində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsinə baxmayaraq bəzi vətəndaşlar tərəfindən bu qaydalara əməl edilməməsi  hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə yoxlama aparılan zaman Bayıl qəsəbəsində 11 nəfərin yaşayış ünvanlarını tərk edərək karantin qaydalarına zidd olaraq bir yerə toplaşıb “domino” oynadığı ortaya çıxıb. Həmin şəxslər saxlanılaraq bölməyə gətirilib. Onlardan ikisi məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi cəzalandırılıblar.

Xəbər lenti
0