BAKI, 6 iyun — Sputnik. Sumqayıtda kütləvi dava ölümlə nəticələnib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında şəhərin 10-cu mikrorayonunda yerləşən parkda olub. Bir neçə nəfər arasında düşən kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb. Onlardan ikisi ölüb. Ölənlərdən biri ilə yaralanan şəxs qardaşdır. 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu ölüb, onun qardaşı, 1989-cu il təvəllüdlü Qasımov Tofiq isə yaralanıb.
Bıçaq yarasından ölən digər şəxs 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğludur.
Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.