İranda bir gündə 75 nəfər koronavirusdan öldü

© AP Photo / Vahid SalemiСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur qeyd edib ki, virusa yoluxan 169 425 şəxsdən 132 038 nəfəri sağalıb.

BAKI, 6 iyun — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2 269 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.

"Son 24 saat ərzində koronavirusa 2 269 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 169 425-ə çatıb. Bir gün ərzində 75 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 8209-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 169 425 şəxsdən 132 038 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu keçib, 397 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0