BAKI, 6 iyun — Sputnik. Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti iki günlük dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisnadır. Hazırda paytaxtda metro da öz işini dayandırıb.