Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 6 iyun — Sputnik. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.
© AR Ministry of Internal AffairsBalakəndə çətənə kollarının yandırılması
Balakəndə çətənə kollarının yandırılması
© AR Ministry of Internal Affairs
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.