CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bu qurumların işçilərinin daşınmasına avtobuslar ayrıldı

© Sputnik / Murad OrujovАвтобус в Баку, фото из архива
Автобус в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizə daxili imkanlar hesabına əməkdaşların daşınması üçün həyati əhəmiyyətli qurumlardan müraciətlər daxil olub. Ona görə də bu gün bir qisim sürücü və texniki personal iş başındadır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Bakıda icazə verilən sahələrdə çalışan qurumların əməkdaşlarının iş yerinə çatdırılmasi üçün xüsusi avtobuslar ayrılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, bu gündən etibarən ölkənin dörd şəhərində ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Bu məqsədlə BNA fəaliyyətinə icazə verilən sahələrdə çalışanların iş yerinə daşınmasına yardım edir: "Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin həftəsonu üçün sərt qərarına əsasən fəaliyyət planı hazırlanıb. Bildiyiniz kimi, ictimai nəqliyyatın hərəkəti tam dayandırılıb. Bu iki gün ərzində avtobusların sazlanması və dezinfeksiyası üçün də fəaliyyət planı hazırlanıb. Amma bizə daxili imkanlar hesabına əməkdaşların daşınması üçün həyati əhəmiyyətli qurumlardan müraciətlər daxil olub. Ona görə də bu gün bir qisim sürücü və texniki personal iş başındadır. Ehtiyat olaraq əlavə avtobus və sürücülərin də icaze.gov portalında qeydiyyatı həyata keçirilib. Lazım olsa, onlar da bu prosesə cəlb olunacaqlar".

 

Xəbər lenti
0