CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məntiqli və məcburi istirahət: axtarışlara cəhd etməyin

© Sputnik / Murad OrujovРабота супермаркета в Баку за день до ужесточения карантина
Работа супермаркета в Баку за день до ужесточения карантина - Sputnik Azərbaycan
Abunə olmaq
Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının və digər təşkilatların fəaliyyəti istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır.

BAKI, 6 iyun — Sputnik. Bu gündən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi qüvvədədir. Sputnik Azərbaycan-ın məlumatına görə, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır. Qadağa ərzaq mağazalarına və apteklərə də aiddir. Bu səbəbdən də Operativ Qərargah qapadılmadan əvvəl əhaliyə müraciət edərək, iki günlük ərzaq ehtiyatı, həmçinin, lazımi tibbi vasitələr almağı tövsiyə etmişdi.

Xəbər lenti
0