BAKI, 6 iyun — Sputnik. Nyu-York ştatının Baffalo şəhər polisinin çevik qrupunun bütün əməkdaşları yaşlı kişini yerə yıxmaları insidenti ilə bağlı işdən uzaqlaşdırılan iki polis əməkdaşına görə qrupun sıralarını tərk ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli "WIVB" telekanalı məlumat yayıb.
57 police officers have resigned from the Buffalo Police Dept in protest of the suspension of two officers who were filmed shoving a 75-year-old protester to the ground.
— unfiltrdnews (@unfiltrdnews) June 6, 2020
The victim has been hospitalized and is in "stable but serious condition," according to the mayor. pic.twitter.com/CkqF1kuL1T
Qeyd olunur ki, daha əvvəl Baffalo şəhərinin iki polisi etirazlar zamanı 75 yaşlı şəxsi yerə yıxdığına görə müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılıb. Həmin şəxs hazırda ağır vəziyyətdə xəstəxanadadır.
Telekanalın məlumatına görə, çevik qrupun bütün 57 üzvü istefaya gedib. Qeyd olunur ki, onlar vəzifələrindən getməyiblər, sadəcə xüsusi təyinatlı bölmənin işində iştirak etməyəcəklər.