F-35-i görmək mümkündür – yaponiyalı professor

© AFP 2024 / FABRICE COFFRINIИстребитель F-35, фото из архива
Истребитель F-35, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu ilin sentyabrında C4ISRNET nəşri məlumat yaymışdı ki, Almaniyanın Hensoldt şirkəti F-35 Lightning II təyyarəsini aşkar etməyə qadir passiv TwInvis radiolokasiya stansiyasını kəşf edib

BAKI, 5 iyun — Sputnik. Stels texnologiyalı qırıcıları kosmosdan, casus peyklər vasitəsilə aşkar etmək olur. Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə Sidzuoka Universitetinin professoru, hərbi analitik Kadzuhisa Oqava deyib.

Многоцелевой истребитель Су-35, фото тз архива - Sputnik Azərbaycan
TƏHLİL
100 milyon dollarlıq paradoks və ya F-35-in quyruğu niyə qopur

Ekspertin sözlərinə görə, Amerika istənilən vaxt kəşfiyyatçı peykindən şəbəkə vasitəsilə məlumatı F-35-ə göndərir, o isə öz növbəsində güclü informasiya emalı qabiliyyətinə malik göyərtə kompüterinin sayəsində rəqibin gözəgörünməz qırıcısının istiqamətini, uçduğu hündürlüyü, sürətini təyin edir və bu zaman radiodalğa buraxmır. Sadəcə onu aşkar edir və qarşılamağa hazır olur. Bunun hesabına hətta stels texnologiyalı rəqib qırıcı tamamilə görünən olur və F-35 tərəfindən hücuma məruz qalır. Stels texnologiyalı qırıcı qarşıdan göndərilən radar elektrodalğalarını udur və səpələyir, ancaq ondan yuxarıda yerləşən casus peyk qarşısında acizdir.

Martda Lockheed Martin sifarişçiyə beş yüzüncü F-35 Lightning II seriya qırıcısını çatdırıb. Yanvarda isə şirkət 2024-cü ilədək hər il 180 F-35 Lightning II istehsal etməyə söz vermişdi.

2019-cu ilin sentyabrında C4ISRNET nəşri məlumat yaymışdı ki, Almaniyanın Hensoldt şirkəti F-35 Lightning II təyyarəsini aşkar etməyə qadir passiv TwInvis radiolokasiya stansiyasını kəşf edib.

Beşinci nəsil çoxfunksiyalı F-35 Lightning II qırıcılarını Amerikanın Lockheed Martin hərbi-sənaye şirkəti 2001-ci ildən istehsal etməyə başlayıb. Təyyarə üç variantda: A (Hərbi Hava qüvvələri üçün), B (qısaldılmış uçuşa və şaquli enişə malik) və C (göyərtə) hazırlanır.

Xəbər lenti
0