Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib

© pixabay / Pexels / journalistЖурналист, фото из архива
Журналист, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın federal kanallarından birinin prodüseri vebinarda maraqlı materiallar üçün mövzular və qəhrəmanlar axtarmaq, müsahibəyə razılıq almaq və qapalı obyektlərə necə daxil olmaq barədə danışıb.

BAKI, 5 iyun – Sputnik. Hələ bir neçə il əvvəl KİV-də prodüser vəzifəsi yox idi. Jurnalistlər özləri mövzu və qəhrəman tapırdılar, kontaktları əldə edir və görüş barədə razılığa gəlirdilər. İşin daha məhsuldar olması üçün prodüserlər ortaya çıxdı. Müasir KİV–də prodüser materialın meydana çıxmasına məsul olan şəxsdir. Bu barədə maarifləndirici SputnikPro layihəsi çərçivəsində təşkil edilən növbəti onlayn vebinarda bildirilib.

SputnikPro-nun sayca doqquzuncu olan onlayn sessiyası "İnfoprodüserlik təcrübəsi: qəhrəmanların axtarışı, qapalı əraziyə daxil olma və peşənin digər sirləri" mövzusuna həsr edilib. Vebinarın spikeri Rusiya Federal telekanalının prodüseri Yelena Vorontsova olub.

© Photo : Courtesy of Elena VorontsovaRusiya Federal telekanalının prodüseri Yelena Vorontsova
Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib - Sputnik Azərbaycan
Rusiya Federal telekanalının prodüseri Yelena Vorontsova

Yelena 15 ildən çoxdur ki, infoprodüserliklə məşğul olur. Bu müddət ərzində o, müxtəlif tok-şouların yaradılmasında, sənədli filmlərin çəkilişində iştirak edib, Federal telekanalın xəbər xidmətində çalışıb. Yelena Vorontsova həmçinin 1-ci kanalın "Pust qovoryat” (Qoy danışsınlar),  Rossiya 1 telekanalının “Vesti” proqramları, NTV kanalı ilə əməkdaşlıq edib. O, həmçinin “Qlavnıy qeroy” ("Baş qəhrəman") proqramı, Viktor Çernomırdin haqqında "Stepanıç" sənədli filmi, "Sən supersən!" Beynəlxalq uşaq vokal müsabiqəsi kimi proqramların yaradılmasında iştirak edib.

Vebinarın gedişində spiker öz işinin sirlərini bölüşüb.

“Operativliyi mütləq izləyirik. Bu gün baş verənləri. Bizim materialı hazırlamaq üçün bir günümüz və ya yalnız bir neçə saatımız var. Məsələn, bu gün ölkə prezidenti uşaqlı ailələrə dəstək tədbirləri barədə bəyan edib – dərhal ailə axtarırıq. Soruşuruq ki, belə bir dəstək tədbiri onlar üçün vacibdirmi? Müvafiq nazirliyin, ombudsmanın və s., yəni bu mövzuya aid olan hər kəsin şərhini götürürük", - deyə o, bildirib.

Ekspert həmçinin istifadəyə yararlılıq müddəti olmayan materialların tədarükünü də tövsiyə edib.

"Hərdən olur ki, sadəcə mövzu olmur. Belə hallar üçün hər bir redaksiyada, belə deyək ki,  "konservləşdirilmiş məhsul" olmalıdır.Onlar həftələrlə yatıb qala bilərlər. Əsas odur ki, əgər bu videomaterialdırsa və o, küçədə çəkilibsə, hava ilə, mövsümlə uyğunluq təşkil etməlidir”, - deyə spiker əlavə edib.

“Auditoriya fərqli – problemlər eyni” – “SputnikPRO” 7-ci dəfə Azərbaycanda  - Sputnik Azərbaycan
VİDEO
“Auditoriya fərqli – problemlər eyni” – “SputnikPRO” 7-ci dəfə Azərbaycanda

Öz materialları üçün qəhrəmanları axtararkən, Yelena Vorontsova sosial şəbəkələrdən daha aktiv istifadə etməyi məsləhət görüb.

"Nümunə verəcəyəm. Krasnoyarsk diyarı, Yeruda qəsəbəsi. Əsas müəssisədən uzaqda yerləşən istehsal obyektində işləyənlər koronavirus xəstəliyinə tutulublar. Qəsəbə bağlıdır. Ora tez çata bilməyəcəksən və səni ora buraxmayacaqlar. Bu işçilərlə bağlı sinxron lazımdır. Onları necə tapmalı? Çatda adamların bu mövzuda nə yazdıqlarına baxırıq. Onların sözlərinə diqqət yetiririk: "Mənim ərim oradadır", "orada bir dostum var", "atam orada işləyir". Bu insanlara yazırıq və onların qohumları ilə əlaqə saxlamağa kömək göstərmələrini xahiş edirik”, - deyə ekspert bildirib.

Spiker vurğulayıb ki, qəhrəmanla onun dilində danışmaq lazımdır. "Əgər nənənizlə danışırsınızsa, onunla necə danışırsınız - sadə şəkildə. Əgər söhbətiniz zamanı o kotletləri qızardırsa, hətta kotletin reseptini soruşa bilərsiniz. Əgər siz rəsmi şəxslə danışırsınızsa, onda təbii ki, söhbətin tonu işgüzar səviyyədə olacaq", - Vorontsova əlavə edib.

Ekspertin sözlərinə görə, çəkiliş zamanı onun həyata keçiriləcəyi yer mütləq nəzərə alınmalıdır. Əgər bu, hərbi və ya xüsusi rejimli, yaxud sosial sahələri (məktəblər, muzey, restoranlar, ticarət mərkəzləri, parklar) əhatə edən obyektdirsə, əvvəlcədən çəkiliş üçün icazə almaq lazımdır.

Силуэты представителей СМИ, фото из архива - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Diqqət: SputnikPro-nun fotoqraflar üçün vebinarı olacaq

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlaması ilə, layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro online mövsümü"nə start verib. Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Xəbər lenti
0