BAKI, 5 iyun — Sputnik. Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
İclasda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında məsələyə baxılacaq.
"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə birinci oxunuşda baxılacaq.
"Məhkəmə-Hüquq Şurası haqqında" qanunda, Cinayət-Prosessual Məcəlləsində dəyişikliklərə baxılacaq.