Siyavuş Novruzov: "Hakimlərin çıxardığı qərarların monitorinqi aparılmalıdır"

© pixabay / Daniel_B_photosМолоток судьи, фото из архива
Молоток судьи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır. Nəticədə Azərbaycan dövləti başqalarına pul verməli olur. Vətəndaşın verdiyi vergini niyə bu işlərə cəlb etməliyik?! Bu cür məsələlərdə ödənilməli olan məbləğ həmin hakim tərəfindən ödənilməlidir".

BAKI, 5 iyun — Sputnik. "Hakimlərin çıxardığı qərarların monitorinqinin həyata keçirilməsi olduqca vacibdir. Əgər bir hakim prosedur qaydanı düzgün yerinə yetirmirsə, yaxud qəbul etdiyi qərar vətəndaşı narazı salırsa, onun məsuliyyətə cəlb edilməsi vacibdir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, müəyyən məsələlərdə dünya və Avropa təcrübəsinə baxılmalıdır: "Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır. Nəticədə Azərbaycan dövləti başqalarına pul verməli olur. Vətəndaşın verdiyi vergini niyə bu işlərə cəlb etməliyik?! Bu cür məsələlərdə ödənilməli olan məbləğ həmin hakim tərəfindən ödənilməlidir. Yəni prosedur qaydalarını pozan hakimlərə qarşı mərhələli şəkildə cəza tədbirləri tətbiq etməliyik. Hakimlər öz fəaliyyətində bunu nəzərə almalıdır. Çünki məhkəmə, hakim dövlətin adından qərar qəbul edir".

Xəbər lenti
0