BAKI, 5 iyun — Sputnik. Azərbaycanda COVİD-19 virusuna yoluxanların 47 faizi Bakıdadır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə koronavirus.az saytında qeyd edilib.
Məlumata görə, Bakıda ən çox yoluxma isə Yasamal rayonundadır (14,5%). Sonrakı yerlərdə 13,5%-lə Sabunçu, 13%-lə Nəsimi, 11,1%-lə Binəqədi, 10,5%-lə Nərimanov, 10%-lə Xətai, 7,4%-lə Qaradağ, 6,9%-lə Suraxanı, 5,9 %-lə Nizami, 3,9%-lə Xəzər, 2,6%-lə Səbail, 0,6%-lə Pirallahı qərarlaşıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.