BAKI, 4 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkirdə rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumatına istinadla xəbər verir ki, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Aşağı Seyfəli kəndi ərazisində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin koronavirusa görə qadağan edilmiş qəlyan avadanlıqlarından istifadə etmələri müəyyən edilib. Bundan başqa, çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədikləri, tibbi maskalardan istifadə etmədikləri də aşkar edilib. Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətirilib. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.