CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

190 manatla bağlı Qərargahdan açıqlama

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər statistik göstəricilər gələcəkdə də mənfi istiqamətdə inkişaf etsə, uzunmüddətli qapanmalara da gedə bilərik" - Ramin Bayramlı

BAKI, 4 iyun — Sputnik. “190 manatlıq birdəfəlik ödəmənin yenidən verilməsi gündəmdə deyil”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“Ən çox verilən suallardan biri 190 manatlıq sosial ödəmə ilə bağlıdır. Bu qərar iş yerlərinin uzunmüddətli bağlanmasına görə qəbul edilmişdi. Hazırda bütün iş yerləri fəaliyyət göstərir. Ona görə də 190 manat ödəmənin verilməsi gündəmdə deyil. Məhdudiyyət yalnız həftə sonlarını əhatə edir, iş günlərini deyil”, - deyə TƏBİB sədr vurğulayıb.

Ramin Bayramlı istəmədikləri situasiya barədə də məlumat verib: "Biz ilk gündən şəffaf şəkildə bütün məlumatları ictimaiyyətlə paylaşırıq. Tibb müəssisələrimiz lazımi resurslar və kadrlar ilə təmin olunub. Qarşıdakı həftə bir neçə modul xəstəxana da istifadəyə veriləcək. Prezidentin diqqət və qayğısı sayəsində müayinə və müalicə sahəsində heç bir problem yoxdur. Biz sadəcə, ilk mərhələdə olduğu kimi, həmrəylik etsək, irəlidəki günlərdə həftə sonlarında qapanmaların da şahidi olmaya bilərik. Əgər statistik göstəricilər gələcəkdə də mənfi istiqamətdə inkişaf etsə, uzunmüddətli qapanmalara da gedə bilərik. Biz bunu istəmirik”.

Xəbər lenti
0