Hollivudun ən gözəl qadını, tarixdə ən yüksək məvacibli aktrisa, üç il dalbadal "Qızıl Qlobus" mükafatını qazanmış, hətta Britaniyanın cəngavər xanımı (qadınlara verilən cəngavər titulunun analoqu) titulunu əldə etmiş qadın – Ancelina Coli daha hansı titullara malik deyil?!. Sərvət, şöhrət, dəbdəbə, müvəffəqiyyət – bütün bunlar Colinin dəyişməz yol yoldaşlarıdır.
Ancelina 1975-ci ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) Marselin Bertran və Con Voytun aktyor ailəsində anadan olub. O, ilk rolunu hələ yeddi yaşı olanda qazanıb. Zahiri görkəmi sayəsində asanlıqla supermodel karyerasını qura bilərdi, lakin ailənin yolu ilə getməyə qərar verdi. Aktrisa bütün dünyada milyonlarla insanın sevdiyi onlarla filmə çəkilib. Colinin aktivində çoxsaylı kino mükafatları, "Oskar" və ABŞ Kino Aktyorları Gildiyasının iki mükafatı var.
Amma bütün bunlarla yanaşı, Ancelina Coli çoxuşaqlı anadır. Onun altı övladı var. Onlardan üçü – qızı Şaylo Nuve, Viviyen Marşelin və Noks Leon Hollivud ulduzu Bred Pittlə nikahdan doğulub. Qalan üç uşaq - Kambocadan olan oğlu Meddoks Şivan, Efiopiyadan olan qızı Zahara Marli və Vyetnamdan olan oğlu Paks Tien isə övladlığa götürülüb. Uşaqların hamısı Coli-Pitt soyadını daşıyır.
Ancelina Colinin müxtəlif illərdəki fotoşəkillərinə nəzər salmağı təklif edirik. Bu, qadınlıq, gözəllik, zəriflik və müvəffəqiyyətin təcəssümü adlanır.