BAKI, 3 iyun - Sputnik. Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri - Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.