CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

© Sputnik / Murad OrujovБаку после смягчения карантина
Баку после смягчения карантина - Sputnik Azərbaycan
Abunə olmaq
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) başda olmaqla ekspertlər, infeksionistlər mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediblər”.

BAKI, 3 iyun - Sputnik. "Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, narıncı zonada şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib:

"Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur".

© Sputnik / Murad OrujovTƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı
Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq - Sputnik Azərbaycan
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) başda olmaqla ekspertlər, infeksionistlər mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediblər”.

Bunu isə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

© Sputnik / Murad OrujovNazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov
Şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq - Sputnik Azərbaycan
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov

“Ola bilsin ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın. Bunun detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun sabah müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək”, - o bildirib. 

Xəbər lenti
0