Gələn həftədən həyat bir az da rahatlaşacaq

© Sputnik / Irade JELILBayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il
Bayıl-Bibiheybət-Badamdar yolunda vəziyyət, 29 yanvar 2020-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Xatərladaq ki, Bibiheybət yolunda keçən il ilin sonlarına çökmə baş vermişdi. Yolun 200 metrə yaxın ərazisi çökəərk təhlükəli vəziyyətə düşmüşdü.

BAKI, 3 iyun — Sputnik. Keçən il sürüşmə nəticəsində yararsız vəziyyətə düşən Bibiheybət yolunda təmir işləri yekunlaşır.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib.

O, qeyd edib ki, yolun hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb.

Bu gündən isə yolun hərəkət hissəsinin bərpasına başlanılıb. Yaxın günlərdə asfaltlanma işləri görüləcək.

"Hesab edirəm ki, gələn həftə yol nəqliyyat vasitələrinin istifadəsinə veriləcək. Yolda yamacın aşağısında və yuxarısında istinad divarları inşa olunurdu. Hər iki istinad divarında artıq tikinti işləri tamamlanıb".-deyən Nəcəfli vurğulayıb ki, gələn həftə yol açılacaq.

Xatərladaq ki, Bibiheybət yolunda keçən il ilin sonlarına çökmə baş vermişdi. Yolun 200 metrə yaxın ərazisi çökəərk təhlükəli vəziyyətə düşmüşdü.

Xəbər lenti
0