BAKI, 3 iyun — Sputnik. "2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30888, XI siniflərini isə 19736 nəfərin bitirməsi nəzərdə tutulur".
Sputnik Azərbaycan-a İdarədən verilən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İyunun 2-si saat 19:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43408 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır.