Bu fəlakətdir – Paşinyan etiraf etdi

© Sputnik / Tabyildyi Kadyirbekov / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян
Премьер-министр Армении Никол Пашинян - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 515 nəfər artıb. Ermənistanda koronavirusa yoluxanların sayı 10524-a çatıb.

BAKI, 3 iyun — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşları tərəfindən epidemiya əleyhinə normaların riayət olunmasını faciə adlandırıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan öz "Facebook" səhifəsində bildirib.

Onun sözlərinə görə, dünyada heç bir güc strukturu və ya administrativ sistem bu növ miqyasa malik məsələnin öhdəsindən gələ bilməz.

Paşinyan vurğulayıb ki, polis rəisləri və Milli Təhlükəsizlik Xidməti ilə sərt şəkildə danışıb.

"Əgər hər bir şəxs bu məsələyə öz şəxsi problemi kimi baxmasa, onda hökumət bu məsələnin öhdəsindən gələ bilməyəcək. Xəstəxanalarda praktiki olaraq yer yoxdur, yaxın vaxtlarda heç nə olmayacaq. Çünki bir gündə belə artım templərini saxlamaq çətindir. Əgər tətbiq etdiyimiz normalara əməl olunsaydı onda xəstələrin sayı 95% az olardı", - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 10524-a çatıb.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 515 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 170-ə çatıb. Xəstəlikdən sağalanların sayı 3454 olub. Hazırda bu ölkədə olan 6841 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,3 milyonu keçib, 380 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0