Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiya Suriyada hərbi bazalarını genişləndirir. Məqsəd?

© Sputnik / Mihail Alaeddin / Mediabanka keçidВоенная полиция РФ на северо-востоке провинции Алеппо в Сирии
Военная полиция РФ на северо-востоке провинции Алеппо в Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Suriyada əməliyyat məkanının genişlənməsi Rusiyaya regionda vəziyyətin dəyişməsinə daha da səmərəli reaksiya verməyə imkan verəcək

BAKI, 2 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya Suriyadakı hərbi bazaların ərazisini artırmaqla beynəlxalq mövqelərini möhkəmləndirir, Aralıq dənizi və Yaxın Şərqdə konstruktiv təsir imkanlarını artırır.

Mayın 29-da Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə suriyalı nümayəndələrlə əlavə daşınmaz əmlak və su sahələrinin Rusiya hərbi bazalarına verilməsi ilə bağlı danışıqlar aparmaq barədə göstəriş verib. Suriya tərəfi ilə razılığa gələndən sonra bu qurumlar sənədi Rusiyanın adından imzalamalıdır. Bu, impulsiv bir qərar deyil, müəyyən edilmiş strategiyanın davamı və taktikanın inkişafıdır – vəziyyətə və beynəlxalq hüquqa tam uyğun olaraq.

Турецкая военная техника в Идлибе, фото из архива - Sputnik Azərbaycan
Türkiyə mindən çox terrorçunu zərərsizləşdirdi

Zamanın çağırışlarına cavab olaraq, Rusiya Aralıq dənizi və Yaxın Şərqdə hərbi-siyasi təsirini artırmalı və Suriyadakı hərbi kontingentini onilliklər boyu qoruyub saxlamalıdır – ilk növbədə, beynəlxalq sabitliyi qorumaq üçün. Bu gün İran qoşunlarının böyük bir hissəsinin ölkədən çıxarılmasından sonra Rusiya qoşunları Suriya torpağında terror təşkilatlarına qarşı uğurla və legitim şəkildə mübarizə aparan yeganə xarici qüvvə olaraq qalır. Taktiki baxımdan Rusiya hərbi obyektlərinin ərazi genişlənməsi Tartusda, Xmeymimdə və ola bilsin ki, ərəb respublikasının digər nöqtələrində təhlükəsizlik perimetrinin etibarlı təmin edilməsi üçün zəruridir.

Suriyada Rusiyanın iki iri hərbi obyekti – Xmeymim aviabazası (burada Rusiyanın aviasiya qrupu müddətsiz yerləşib) və Tartus maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir. Xatırladım ki, Dəməşqin rəsmi xahişi ilə 2015-ci ilin sentyabrında Xmeymimdə Rusiya Aerokosmik Qüvvələrinin aviasiya qrupu yaradılıb və İŞİD terrorçu qruplaşmasına qarşı hərbi əməliyyat başlayıb. 2017-ci ildə Moskva və Dəməşq daha bir sənəd imzalayıblar və bu sənədə əsasən, Tartusda 11 ədəd Rusiya gəmisi (nüvə reaktorlu sualtı qayıqlar da daxil olmaqla) yerləşə bilər və limanın gəmi təmiri imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Regional sabitlik

Şübhəsiz ki, Suriya Rusiyanın öz ərazisində – quruda və dənizdə hərbi mövcudluğunun genişləndirilməsini dəstəkləyir. Suriyanın Rusiya ilə qarşılıqlı əlaqəsi həyatın bütün sahələrində sülhə və sabitliyə aparan yoldur və bunu regional oyunçular da çox gözəl başa düşürlər.

Digər tərəfdən, Aralıq dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının olması və Amerika qoşunlarının Suriyanın ayrı-ayrı neft hasilatı rayonlarını tutması hərbi-siyasi turbulentliyin və təhlükəsizliyə təhdidin mənbəyi kimi çıxış edir.

Американский военный конвой на севере Сирии - Sputnik Azərbaycan
Amerikalıların bazasından qaçan İŞİD-çidən şok etiraf

İyunun 1-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyadakı Rusiya hərbi obyektlərinin yerləşdiyi ərazilər yaxınlığında ABŞ tərəfindən hava kəşfiyyatının aparılmasını aqressiv və razılaşmalara zidd adlandırıb. Elə bir həftə olmur ki, Rusiyanın Su-35 təyyarələri ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasına məxsus kəşfiyyatçı təyyarələrin qarşısını kəsməsin. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, mayda 17 belə epizod baş verib. Bütün hallarda Rusiya aviasiyasının uçuşları hava məkanından istifadənin beynəlxalq qaydalarına uyğun olaraq həyata keçirilib, Su-35 qırıcılarının manevrləri yalnız ABŞ kəşfiyyat təyyarələrinə haraya uçmaq lazım olmadığını işarə edib.

Suriya probleminə toxunan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bu günlərdə deyib: "Mənim vəzifəm oranı ruslar üçün bataqlığa çevirməkdir". Rusiyanın hərtərəfli vasitəçiliyi ilə Suriya probleminin nizamlanmasının dördillik müsbət dinamikasını nəzərə alsaq, "bataqlığa çevirmək" məsələsi yaxın perspektivdə çətin ki, reallaşsın. Rusiyanın perspektiv üçün planları son dərəcə aydındır. Prezident Vladimir Putin bir müddət əvvəl bildirib: "Biz regionda öz maraqlarımızı müdafiə etmək üçün oradayıq. Hərbi qulluqçular bizim marağımızda olduğu qədər orada olacaqlar". Güman etmək məntiqlidir ki, yaxın 50 il ərzində Rusiya qoşunlarının çıxarılması planlaşdırılmır, Suriyada əməliyyat məkanının genişlənməsi isə Rusiyaya regionda vəziyyətin dəyişməsinə daha da səmərəli reaksiya verməyə imkan verəcək.

Yeni silah

Əlbəttə ki, Suriya Rusiya silahının sınağı üçün poliqon deyil, amma elə olub ki, məhz Suriya əməliyyatı zamanı qabaqcıl silah nümunələrini yoxlamaq mümkün olub, Rusiya müdafiə sənayesi kompleksinin müəssisələri isə öz məmulatlarını "atəş xəttində" operativ şəkildə təkmilləşdirə biliblər.

Suriya hərbi əməliyyatlar teatrında Rusiyanın Hərbi Dəniz Donanmasının gəmi və sualtı qayıqları ilk dəfə olaraq "Kalibr" qanadlı raketlərini ayrı-ayrılıqda və qruplaşma şəklində Xəzər və Aralıq dənizlərindən terrorçulara qarşı işlədiblər. Rusiyanın uzaqmənzilli aviasiyası Suriyada terrorçulara qarşı ilk dəfə olaraq ən son yüksək dəqiqlikli X-101 raketlərini tətbiq edib.

Российские многофункциональные истребители пятого поколения Су-57, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiyanın beşinci nəsil qırıcıları sınaqlardan üzüağ çıxıb

Suriya Ərəb Respublikasında Su-34 təyyarəsi yüksək effektivliyini sübut edib. Beşinci nəsil Su-57 ağır çox məqsədli qırıcı, yeni T-14 "Armata" tankı, radio-elektron mübarizə sistemləri və digərləri döyüş şəraitində sınaqdan uğurla keçib.

Rusiyanın Suriyadakı ən yeni silahlarının döyüş tətbiqi praktikası potensial xarici alıcıların marağına səbəb olur: Su-34 bombardmançılarını daha da çox ölkə əldə etmək istəyir. Misir, Hindistan, Çin və digər ölkələrlə danışıqlardan sonra Moskva T-14 "Armata" üçün ilkin sifarişləri alıb. Ola bilər ki, Suriya əməliyyatı sonda yalnız qarşılıqlı faydalı (Dəməşq və Moskva üçün) deyil, həm də gəlirli olsun.

Rusiyanın daha bir dəyərli nailiyyəti var. Xüsusi təyinatlı taktikasından, pilotsuz təyyarələrdən və kosmik rabitədən istifadə edən qəddar və fanatik düşmən ilə döyüş zamanı Rusiya qoşunları (gənc mütəxəssislər və yetkin hərbi komandirlər) heç bir təlimdə əldə edilməyən unikal təcrübəni qazanıblar. 2015-ci ildən Suriyaya xeyli sayda rusiyalı hərbçi gedib və onlar real şəraitdə müasir döyüş münaqişəsinin gərginliyini hiss ediblər, kəşfiyyat və rabitənin nə qədər vacib olduğunu dərk ediblər, müxtəlif qüvvələrin və vasitələrin effektivliyini necə təmin etməyi başa düşüblər.

Beləliklə, Rusiyanın sülhün möhkəmləndirilməsi üçün yüksək ixtisaslı mütəxəssislərinin və etibarlı alətlərinin sayı getdikcə artır.

Xəbər lenti
0