CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızılçıxaranlardan uşaqlara qızıldan qiymətli pay

© Sputnik / Irade JELILKəndin uşaqlar Siyəzənə məktəbə gedirlər
Kəndin uşaqlar Siyəzənə məktəbə gedirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiyanın məqsədi əhalinin həssas qrupuna aid edil.ən uşaqların hazırkı dönəmdə boş vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitablarla sevindirməkdir

BAKI, 2 iyun — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Kitab sovqatı" aksiyası keçirib. "AzerGold" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, aksiya çərçivəsində Daşkəsən rayonunun Çovdar, Quşçu və Şadax kəndlərində yaşayan 100-dən çox uşağa kitab və şirniyyatlardan ibarət hədiyyə bağlamaları təqdim edilib. Kitablar daha çox 10 yaş ətrafındakı uşaqların psixologiyasına uyğun, ən çox bəyənilən və uşaqlarla yanaşı, böyüklərin də həvəslə oxuduğu dünya və yerli ədəbiyyat nümunələrindən seçilib. Bu kitablar uşaqlara cəsarət, mübarizə, qorxmazlıq, arzularının arxasınca getmək, dostluq və sevgi kimi dəyərləri aşılayır.

Aksiyanın məqsədi əhalinin həssas qrupuna aid edilən uşaqların hazırkı dönəmdə boş vaxtlarını daha səmərəli keçirməsi üçün onları ən gözəl hədiyyə olan kitablarla sevindirməkdir.

Qeyd edək ki, "AzerGold" QSC-nin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip aksiyalar sosialyönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.

Xəbər lenti
0