CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobuslarda "dədə-baba" üsulunu iyunun 15-dək götürə bilərlər

© Sputnik / Maksim Blinov / Mediabanka keçidПассажир автобуса в маске, фото из архива
Пассажир автобуса в маске, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək".

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Bu gündən tibbi maska taxmayan vətəndaşlar cərimə olunacaqlar. Tibbi maskanın istifadə edilməsi məcburi olan yerlərdən biri də ictimai nəqliyyatdır. Havaların isindiyini, üstəlik tibbi maskadan istifadənin avtobuslarda məcburi olduğunu nəzərə alsaq, bu, yay aylarında sərnişinlər üçün müəyyən çətinliklər yaradacaq. Bəs görəsən, tibbi maskadan avtobuslarda istifadə məcburi olduğu halda kondisioner sistemi vaxtından əvvəl işə salına bilərmi?

Sputnik Azərbaycan-ın bu sorğusuna Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev belə cavab verib: "Adətən sərinləndirmə sistemləri yay mövsümü başlayan zaman, yəni 15 iyundan etibarən işə salınır. Amma buna qədər havanın temperatur göstəriciləri nəzərə alınmaqla işə salınması mümkündür. Əvvəlki illərdə belə bir təcrübə olub. İndiki halda isə məlum olduğu kimi bir neçə müddətdir havalar sərin keçir. Belə olan halda pencərələri açıq saxlamaqla havalandırmanı təmin etmək mümkündür. Həmçinin, əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək. Avtobuslardakı sərinləndirmə və isitmə sistemləri sərnişinlərimizin rahatlığı üçündür. Buna zərurət olacaqsa, işə salınacaq".

Xəbər lenti
0