Avropa İttifaqı ABŞ-da keçirilən etirazları dəstəklədi

© REUTERS / ERIC THAYERПротестующий во время акции протеста против смерти Джорджа Флойда в США
Протестующий во время акции протеста против смерти Джорджа Флойда в США - Sputnik Azərbaycan
Abunə olmaq
Borrel eyni zamanda xatırladıb ki, hər bir insanın həyatı qiymətlidir: “Bütün həyatlar vacibdir, qaradərililərin həyatı da, həmçinin önəmlidir”

BAKI, 2 iyun - Sputnik. Avropa İttifaqının (Aİ) diplomatiyasının rəhbəri Jozep Borrel ABŞ-da dinc aksiya keçirənləri dəstəkləyib. Sputnik Azərbaycan “Reuters”-ə istinadən xəbər verir ki, o eyni zamanda aksiyalar zamanı zorakılıq əməllərini də pisləyib.

Qeyd olunur ki, Avropa İttifaqı polislər tərəfindən saxlanılarkən zorakılıq tətbiq olunan qaradərili Corc Floydun ölümünə görə şok keçirib. Borrelin fikincə, bu hadisə hüquq mühafizə orqanları tərəfindən vəzifədən sui-istifadə hallarını göstərir.

“Biz dinc etirazları dəstəkləyirik. Biz istənilən növ irqçiliyi və zorakılığı pisləyirik”, - deyə Borrel ABŞ şəhərlərində baş verən iğtişaşları şərh edərkən vurğulayıb.

Протесты в США - Sputnik Azərbaycan
ABŞ-da polislər Sputnik-in prodüserinə bir neçə dəfə atəş açıblar - FOTO

Eyni zamanda Avropa İttifaqı ABŞ xalqının birləşəcəyinə və cəmiyyətin yaralarını sağaltmaq qabiliyyətinə inanır.

Borrel eyni zamanda xatırladıb ki, hər bir insanın həyatı qiymətlidir: “Bütün həyatlar vacibdir, qaradərililərin həyatı da, həmçinin önəmlidir”.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.

Xəbər lenti
0