Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanlı "Edison": onun ixtirası minlərlə həyatı qurtara bilər – VİDEO

Abunə olmaq
Zaqatalalı energetik kombi istilik sistemini sadəcə smartfon vasitəsilə idarə etməyin üsulunu tapıb. Onun buna necə nail olduğunu videomuzda izləyin.

Zaqatala sakini, 44 yaşlı Sahib Şahmalıyev uşaqlıq illərindən texnikaya böyük maraq göstərib. İndi isə artıq energetika mühəndisi olan zaqatalalı kombi istilik sisteminin kənardan idarə edilməsi üsulunu yaradıb. Sistemin özəyini Wi-Fi-a qoşulmuş modullar təşkil edir.

“Ehtiyac olduqda smartfonun monitorundan həm dərəcəni artıra, həm azalda bilirik. Qış-yay rejiminə keçid edirik. Ehtiyac qalmayanda isə tamamilə söndürürük. Bu modullar vasitəsilə biz həm kombi sistemini, həm də istənilən energetik qurğunu hansı ərazidə yerləşməsindən asılı olmayaraq idarə edə bilirik”, - deyə mühəndis bizimlə bölüşüb.

Modulun əsas elementi xüsusi mikroçiplərdir. Proqram platformasında 54 kilobaytlıq kodlaşma hazırlanaraq, çiplərin yaddaşına köçürülüb. İki model çipi internet şəbəkəsində körpü vasitəsilə bir-biri ilə əlaqələndirilib.

Mühəndis iddia edir ki, bu cür qurğu vasitəsilə qaz sızması və elektrik sahəsində baş verən nasazlıqların yol açdığı ağır fəsadların, partlayış və yanğınların qarşısı alına bilər.

Sahib Şahmalıyev tətbiq etdiyi yenilikdə hər hansı bir qazanc güdmür. O, sistemin ona 300-400 manat civarında başa gəldiyini vurğulayıb.

Xəbər lenti
0