Hazırda dünyada 2,5 milyarddan çox uşaq yaşayır. Hər gün 400 mindən çox uşaq dünyaya gəlir. Azərbaycanda isə 0-18 yaşlı uşaqlar əhalinin 35%-ni təşkil edir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 1-də qeyd olunur. Bu gün 1949-cu ilin noyabrında Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası Konqresinin qərarı ilə təsis edilib.
1950-ci ildə BMT Baş Assambleyası tərəfindən 1 iyunun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyasının qərarı ilə 20 noyabr tarixi Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.
Prezident İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə, 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunub.
Hazırda dünyada 2,5 milyarddan çox uşaq yaşayır. Hər gün 400 mindən çox uşaq dünyaya gəlir. Azərbaycanda 0-18 yaşlı uşaqlar əhalinin 35%-ni təşkil edir. Hazırda Azərbaycan əhalisinin 2 milyon 730 mini uşaqlardır.
Uşaqlarla bağlı daha ətraflı statistik məlumatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.