CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq

© Sputnik / Murad OrujovTələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə - Sputnik Azərbaycan
Abunə olmaq
Abituriyentlər və valideynlərin qeyd olunan saatda binaların önünə gəlməsi vacibdir: "Kimsə gec gəlməsin ki, binanın həyətində sosial məsafə prinsipi pozulsun".

BAKI, 1 iyun — Sputnik. "Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək. Çünki qapıda ciddi yoxlama prosesi olacaq". Sputnik Azərbaycan ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib. O bildirib ki, abituriyentlər və valideynlərin qeyd olunan saatda binaların önünə gəlməsi vacibdir: "Kimsə gec gəlməsin ki, binanın həyətində sosial məsafə prinsipi pozulsun".

DİM sədri əlavə edib ki, kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq: "Hər imtahan binasının yanında təcili yardım maşını olacaq. Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində baxılacaq".

Xəbər lenti
0