CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtın yeni bəlası: inkişaf etdikcə ekoloji problem yaranır

© Sputnik / Murad OrujovВъезд в город Сумгайыт
Въезд в город Сумгайыт  - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıtda tullantıların emalı zavodunun yaradılması istiqamətində addım atılarsa, o zaman bu məsələ həllini tapa bilər - Deputat

BAKI, 31 may — Sputnik. "Sumqayıt şəhəri son müddət ərzində böyük inkişaf yolu keçib. Dövlət başçısının Sumqayıta diqqəti sayəsində bu bölgə daha dinamik inkişaf edən bölgəyə çevrilsə də, müəyən problemlər hələ də qalır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı, Səhiyyə, Elm və Təhsil komitəsinin üzvü Müşfiq Məmmədli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən söyləyib. Deputat bildirib ki, Sumqayıtın iqtisadi cəhətdən inkişaf etməsi orada ekoloji problemlərin yaranmasına səbəb olur: "Belə ki, orada məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarır ki, bu da insanların haqlı narazılığına səbəb olur. Bu baxımdan düşünürəm ki, Sumqayıtda tullantıların emalı zavodunun yaradılması istiqamətində addım atılarsa, o zaman bu məsələ həllini tapa bilər”.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Sumqayıt şəhərində ekoloji vəziyyətin ağır olması ilə bağlı müxtəlif paylaşımlar edilirdi. Mayın 20-də Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğınla əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Sumqayıt Məişət Tullantıları" MMC-nin rəhbərini 4800 manat məbləğində cərimə etmişdi.

Xəbər lenti
0