BAKI, 31 may — Sputnik. 31 May - Ümumdünya Tütünlə Mübarizə Günüdür. Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda tütündən istifadə edən sürücülərlə bağlı məlumat yayıb.
Sputnik Azərbaycan-a BNA-dan verilən məlumata görə, ötən il ərzində sərnişinlərin müraciətlərinə əsasən sükan arxasında tütün məmulatından istifadə etdiyinə görə 235 avtobus sürücüsü inzibati məsuliyyətə cəlb edilib.