CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qusarda ikinci sinif şagirdini külək öldürüb?

© REUTERS / Jose Luis GonzalezUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
N.Həbibovun sözlərinə görə, hadisənin güclü külək nəticəsində baş verdiyi söylənilsə də, hələlik bu versiya dəqiq deyil.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Qusarda bədbəxt hadisə nəticəsində 2-ci sinif şagirdi dünyasını dəyişib.

Bu barədə Sputnik Azərbaycan-a Piral Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nöhbala Həbibov məlumat verib.  Onun sözlərinə görə, hadisə dünən axşam saatlarında baş verib. Ev sahibi Şeydayev Valəddin Nəsrəddin oğlunun həyətində 2 övladı - 10 yaşlı Ramal Şeydayev və 6 yaşlı Gülay Şeydayeva, eləcə də qonşu Çingiz Əlisoltanovun övladı, 2-ci sinif şagirdi Arif Əlisoltanov oynayan zaman hasar və dəmir qapı uçaraq uşaqların üzərinə düşüb.

Hadisə nəticəsində 8 yaşlı A.Əlisoltanov dünyasını dəyişib. Bacı-qardaş isə dərhal Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağır qiymətləndirilir. N.Həbibovun sözlərinə görə, hadisənin güclü külək nəticəsində baş verdiyi söylənilsə də, hələlik bunu iddia etmək düzgün deyil.

Hadisə Qusar rayon Prokurorluğunda araşdırılır.

Xəbər lenti
0