Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 31 may — Sputnik. Bu gün Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 11 məsələ daxil edilib.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" Sazişlərin təsdiq edilməsi məsələsinə baxılacaq.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında məsələyə baxılacaq.
"Dövlət rüsumu haqqında", "Yeyinti məhsulları haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlarda, İnzibati Xətalar, Mülki və digər məcəllələrdə dəyişikliklərə baxılacaq.