CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çayla qəlyan maskanı unutdurdu

© Sputnik / Fuad HasanovÇayxana
Çayxana - Sputnik Azərbaycan
Abunə olmaq
Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətirilib. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.

BAKI, 31 may — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirirlər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata istinadla bildirir ki, RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Dəliməmmədli şəhər ərazisində Sərxan Mustafayevin icarəyə götürdüyü "Göyçə" kafesinin çay evi hissəsinin müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib. Bundan başqa, çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan edilən qəlyan istifadə edilməsi də aşkar edilib. Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq RPŞ-yə gətirilib. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər.

Xəbər lenti
0